AZ

"Samir Şərifovun Suriyaya səfəri böyük əhəmiyyət kəsb edir"

"Hazırda Suriyada baş verənlər bütün dünyada böyük həssaslıqla izlənilir. Əsəd rejiminin devrilməsindən sonra bu ölkədə yeni bir dönəm başlayıb".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Parlamentari bildirib ki, Azərbaycan yaranmış fürsətdən sabitlik və inkişaf üçün istifadə olunmasının tərəfdarıdır.

"Qeyd edək ki, məlum dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Həmçinin, ölkəmizdən Suriyaya humanitar yardım karvanı yola salınıb. Aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşən Prezidentimiz İlham Əliyev bildirib ki, Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycan iştirak etməyə hazırdır. Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub. Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Seçilən
0
publika.az

1Mənbələr