AZ

Bakıda 10 yeni metro stansiyası harada tikiləcək? - VİDEO

Yeni metrostansiyaların tikiləcəyi ərazilər bəlli olub.

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.

Operativ Media xəbər verir ki, yeni metrostansiyaların tikiləcəyi ərazilər bəlli olub.

"Bakı Metropoliteni"nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, "Bənövşəyi xətt"in Babək prospektinə qədər və "Yaşıl xətt"in isə metronun "Həzi Aslanov" stansiyasına qədər uzadılacaq.

"Bənövşəyi xətt"in uzadılması, eyni zamanda, metronun "Avtovağzal" və "Xocasən" stansiyalarının istifadəsini genişləndirəcək və bir daha "20 Yanvar" stansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, 2030-cu ilə kimi tikiləcək 10 yeni stansiyanın dəqiq yerlərinin müəyyənləşdirilməsi prosesi tamamlanmaq üzrədir:

"2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, 10 yeni stansiyanın 6-sı "bənövşəyi" xəttin, 4-ü isə "yaşıl" xəttin üzərində yerləşəcək. Stansiyalar arasında tunellərin və keçid yollarının layihələndirilməsi işi aparılır".

B.Məmmədov əlavə edib ki, yeni stansiyalar sayəsində Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlər şəhər mərkəzinə daha rahat şəkildə çatacaqlar:

"Yeni şəbəkə "Nizami", "Sahil" və "Xətai" stansiyalarında digər xətlərlə keçidi təmin etməklə sərnişin axınını xeyli optimallaşdıracaq. "Yaşıl" xətt üzərində yerləşəcək 4 yeni stansiya isə 8 Noyabr prospektindən Əhmədliyə qədər olan ərazilər və ətraf kəndlər üçün mühüm əhəmiyyət daşıyacaq. Layihə, həmçinin, xətlərin ayrılması baxımından da önəmlidir".

Seçilən
0
operativmedia.az

1Mənbələr