AZ

İlon Maskın atası Putindən danışıb

Amerikalı milyarder İlon Maskın atası Errol Rusiya prezidenti Vladimir Putinə hörmət bəslədiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə o, “Going Underground” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiya lideri tez-tez ağlabatan və balanslaşdırılmış fikirlər ifadə edir.

“Putin, şübhəsiz ki, hörmət tələb edir. O, uzun müddətdir hakimiyyətdədir, onun çıxışlarına qulaq assanız, kifayət qədər yaxşı səslənir. Onun sözlərində tez-tez ağlabatan və balanslı fikirləri eşidə bilərsiniz", - deyə Errol Mask bildirib.

Errol Mask Putinin ölkəsinin milli maraqlarını müdafiə etdiyini vurğulayıb. O, Moskvanın uzun əsrlər boyu tarixdə mühüm rol oynadığını əlavə edib, həmçinin Rusiyada doğulmuş məşhur yazıçıları, rəssamları və alimləri xatırladıb.

“Rusiya hər hansı bir uğura nail olan kimi hamı dərhal onu böyük gərginliklə qəbul etməyə başlayır”, - iş adamının atası qeyd edib.

QAZİLER.AZ

Seçilən
0
qaziler.az

1Mənbələr