AZ

Krım gəmiqayırma zavodunda yeni yerüstü kran quraşdırılıb

B.E. Butomı Gəmiqayırma Zavodunda yeni yerüstü kran quraşdırılıb.

Herbiand.az bildirir ki, zavodun mətbuat xidmətindən verilən məlumata görə, müəssisənin texniki modernləşdirilməsi çərçivəsində gövdə hazırlığı sexində yükgötürmə qabiliyyəti 15 ton olan maqnit tirli kran quraşdırılıb.

Ehtimal edilir ki, yeni qaldırıcı avadanlıqlar emalatxananın məhsuldarlığını ayda 160 saat iş saatı artıracaq, krançıların iş şəraitinin yaxşılaşdıracaq, avadanlığın etibarlılığı yüksələcək.

Zavod nümayəndələri xüsusi vurğulayıblar ki, kran rus istehsalçısı tərəfindən müasir texnologiyalardan istifadə etməklə layihələndirilərək hazırlanıb və 90%-i yerli komponentlərdən və materiallardan ibarətdir.

Gəmiqayırma zavodu Hərbi Dəniz Qüvvələri üçün universal desant gəmiləri və kabel gəmiləri, həmçinin kiçik raket gəmilərinin tikintisi ilə məşğul olur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr