AZ

AAYDA-nın “Çağrı Mərkəzi”nə 666 zəng daxil olub

BAKI, 6 may. TELEQRAF

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)“Çağrı Mərkəzi”nəbu ilin aprel ayı ərzində 666 zəng daxil olub.

AAYDA-dan Teleqraf-a verilən məlumata görə zəng edən vətəndaşların 274 nəfərinin müraciəti yerindəcə, 270 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 113 müraciət digər qurumlara yönləndirilib.

Bundan əlavə, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 9 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

Seçilən
0
teleqraf.com

1Mənbələr