AZ

İrlandiya Erməni Yepiskopundan təxribat: Vrtanes Abrahamyanla görüş...

Xatırlayırsınızsa, ötən ilin iyun ayında İrəvanda Erməni Apostol Kilsəsində, çoxdan ölüb itmiş, "artsax"ın Yeparxiyasının ofisi açıldı.


Deməli, erməni apostol kilsəsinin "Artsax" yeparxiyasının rəhbəri, yepiskop Vrtanes Abrahamyan Qarabağ erməniləri ilə görüşündə ofisin açılmasını rəsmən elan etdikdən sonra da dedi ki, bu quraşdırdıqları yeni struktur Azərbaycanın Qarabağ bölgəsindən olan erməni sakinlərinin hüquqları ilə bağlı problemlərin qaldırılması məqsədilə yaradılıb.
Bəli, yeparxiyanın "artsax" adı ilə yaradılması əslində təxribat və revanşist xarakterli olmasından xəbər verirdi.


Adalet.az xəbər verir ki, Böyük Britaniya və İrlandiya Erməni Yeparxiyasının Primatı Yepiskop Hovakim Manukyan həmin o qondarma "artsax" Yeparxiyasının ofisində olub , burada yepiskop Vrtanes Abrahamyan ilə görüşüb. Bu iki kin-küdurət torbası görüş zamanı " 2023-cü il guya etnik təmizləmədən sonra artsax ermənilərinin üzləşdiyi aktual problemlər müzakirə olunub" .

İki qızışdırıcı ruhani lider guya Qarabağdakı "erməni mədəni-mənəvi irsinin qorunub saxlanılması və qorunmasına yönəlmiş" cari və gələcək proqramları müzakirə ediblər. (Ay sizin özünüz köpəsiniz!)


Qeyd edək ki, Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar.

 Əntiqə Rəşid

Seçilən
0
1
adalet.az

2Mənbələr