AZ

Azərbaycan Rusiyaya yod satışını 90%-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 6,6 tonmiqdarında yod ixrac edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda ixracdan əldə olunan gəlir 396 minABŞ dolları olub.

Rusiyaya yod ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdarifadəsi ilə 3,1 ton və ya 88,5%, dəyər ifadəsi ilə 134 min ABŞdolları, yaxud da 51,1% çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında AzərbaycandanRusiyaya 3,5 ton miqdarında, 262 min ABŞ dolları dəyərində yodixrac edilmişdi.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda 44 ton yodistehsal edilib. Yod istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə9,7% və ya 4,7 ton azalıb. Ötən ilin yanvar-mart aylarındaAzərbaycanda 48,7 ton yod istehsal olunmuşdu.

Seçilən
0
az.trend.az

1Mənbələr