AZ

"Formula-1"komandasında erkən ayrılıq

"Formula-1" komandası "Alpin" Cek Duhenlə yolları ayırmağı qərara alıb.

Avtosfer.az xəbər verir ki, Fransa təmsilçisi qarşıdakı yarışa onun yerinə Franko Kolapintonu gətirməyi planlaşdırır.

Duhen F1-də ilk mövsümünü keçirir. Onun aktivində 6 yarışdan sonra xal yoxdur. Kolapinto isə keçənilki mövsümün ikinci yarısında "Uilyams" komandasında Loqan Sarcenti əvəzləmişdi.

Qeyd edək ki, Cek motosikletçilər arasında (MotoGP) 5 qat dünya çempionu Mik Duhenin oğludur.

Seçilən
0
avtosfer.az

1Mənbələr