AZ

“Rayo Valyekano” qarət edildi, komanda məşqə çıxa bilmədi

İspaniya La Liqasında mübarizə aparan “Rayo Valyekano” xoşagəlməz hadisə ilə üzləşib, komanda məşqini buraxmalı olub.

Arena.az AS dərgisinin “Union Rayo” dərgisinə istinadı əsasında məlumat verir ki, klubun idman geyimləri və ləvazimatı oğurlanıb.

Nəticədə komanda heyəti təqvim üzrə nəzərdə tutulmuş məşqinə çıxa bilməyib.

Mayın 2-də İspaniya La Liqasının 34-cü turunda Madrid derbisi çərçivəsində “Xetafe”ni qəbul etmiş “Rayo Valyekano” 1:0 hesablı qələbə qazanaraq, iki günlük istirahətə yollanıb. Komanda mayın 5-də klubun məşq düşərgəsində toplanmalı idi. Ancaq gün nizamına müvafiq olaraq səhər saatlarında, təqvim üzrə nəzərdə tutulmuş komanda məşqinə kimsə çıxmayıb. Məlum olub ki, məşq ləğv edilib, səbəb isə komandanın paltardəyişmə otağının “yağmalanması” olub. Belə ki, komanda heyətinin geyimləri və müxtəlif idman ləvazimatı oğurlanıb. Güman edilir ki, hadisə bazar günü, mayın 4-də baş verib.

Əlacsız qalmış futbolçular klubun prezidenti Raul Martin Presaya müraciət edibllər ki, rəhbər bu fəsada bir əncam bulsun. Üstəlik, klubu kimin qarət etdiyi də hələ məlum deyil.

34 turdan 44 xalla “Rayo Valyekano” İspaniya La Liqasının yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “İşçi təbəqəni fəxri”, “arılar” olaraq tanınan “Rayo Valyekano” növbəti mövsümdə ən azı Avropa Konfrans Liqasında iştiraka iddialıdır. Klub La Liqannı son turlarında uğurlu çıxış edərsə, Avropa Liqasına da vəsiqə əldə edə bilər.

Ancaq daha əvvəl “işçilər” “əyinlərinə şalvar geyinməlidirlər”, “avrokuboklara “lüt-üryan” getməyəcəklər ki”… – müvafiq qəbildən ifadələr isə “Rayo Valyekano” azarkeşlərinin, baş vermiş əcaib hadisəyə sosial şəbəkələrdə baməzə qarşılığıdır.

Seçilən
0
arena.az

1Mənbələr