Trampın başlatdığı ticarət müharibəsi qlobal bazarları silkələyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunula bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Roscongress Foundation ekspertləri tərəfindən hazırlanan “ABŞ-ın başlatdığı ticarət müharibəsinin qlobal və Rusiya iqtisadiyyatına təsiri” başlıqlı hesabatda ABŞ prezidenti Donald Trampın atdığı tarif addımlarının təsirləri qiymətləndirilib.
Hesabatda qlobal bazarların 2008-ci il böhranı ilə müqayisədə tariflərə görə daha böyük enişlər yaşadığı və Rusiyanın bu prosesdə daha az zərər çəkdiyi qeyd edilib.
Hesabatda Rusiyanın iqtisadi quruluşu və qlobal dəyər zəncirlərindəki mövqeyinə görə tariflərdən o qədər də təsirlənmədiyi, əmtəə qiymətlərinin, Rusiya Mərkəzi Bankının pul siyasətinin və Ukrayna ətrafındakı geosiyasi vəziyyətin gələcəkdə iqtisadiyyat üçün həlledici olacağı vurğulanıb.