AZ

İqtisadiyyat Nazirliyində daimi dövlət qulluğuna qəbul edilmiş yeni əməkdaşlar and içiblər

İqtisadiyyat Nazirliyində daimi dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçularının andiçmə mərasimi keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizdə dövlət qulluğuna həsr edilmiş videoçarx nümayiş etdirilib.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Qumru Əsgərova daimi dövlət qulluğunda fəaliyyətə başlayan yeni əməkdaşları təbrik edib, işlərində uğurlar arzulayıb. Azərbaycanda dövlət qulluğu, bu istiqamətdə təkmilləşmə məqsədilə aparılan islahatlar və peşəkar kadrların formalaşdırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Nazirliyin İnsan resursları şöbəsinin müdiri Sevinc İsmayılova dövlət idarəçiliyində yüksək bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması və irəli çəkilməsi məqsədi ilə görülən işlər haqqında danışıb, daimi dövlət qulluğuna qəbul edilmiş əməkdaşlara tövsiyələrini verib.

Tədbirdə dövlət qulluqçuları “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyaya dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücləri ilə Vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Seçilən
0
vergiler.az

1Mənbələr