Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin federal müdafiə istehsalı naziri Məhəmməd Rəza Hayat Harrac ilə görüşüb.
“Poliqon” xəbər verir ki, bu barədə səfir Xəzər Fərhadov özünün “X” hesabında bildirib.
Qeyd olunub ki, görüşün əsas mövzusu Azərbaycan və Pakistan arasında əlaqələrin, xüsusilə hərbi və hərbi-texniki sahələrdə münasibətlərin daha da gücləndirilməsi olub.