Papa Fransisin vəfatından sonra Vatikanda matəm başa çatıb. İndi bütün diqqətlər yeni Papanı müəyyən edəcək seçkilərə yönəlib. Vatikanın yeni liderini müəyyən edəcək Konklav adlanan seçki prosesi sabah başlayır.
Sikstin kapellasında keçiriləcək səsvermədə 71 ölkədən 133 kardinal iştirak edəcək. Papanın seçilməsi üçün eyni şəxsə 89 kardinal səs verməlidir.
***
Sabah Bakı vaxtı ilə saat 18:30-da başlayacaq Konklav üçün ilk tüstü saat 20:00-da kilsənin bacasından qalxacaq. Gün ərzində maksimum dörd səs veriləcək, bacadan iki dəfə tüstü qalxacaq.
Hazırda yarışda iki italyan və bir flamand kardinal favoritdir. İlk üç gündə sevimli adlardan biri seçilməzsə, sürpriz ad seçilə bilər.
***
Son 10 gün ərzində kardinallar gündə iki dəfə görüşüb, 218 natiq çıxış edib, lakin birlik əldə olunmayıb.
Seçki dövründə kardinallarla birlikdə içəridə həkimlər, tibb bacıları, santexniklar və elektriklər də olacaq.
Bu adamların hamısı gizlilik andı içəcəklər, əks halda onları xaric etmə cəzası gözləyir.