BAKI, 6 may. TELEQRAF
Böyük itkilərə baxmayaraq, Rusiya lideri Vladimir Putin Ukraynanı tamamilə ələ keçirmək cəhdlərindən əl çəkməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bunu Ukrayna KİV-ə müsahibəsində ABŞ-nin Əfqanıstandakı qüvvələrinin keçmiş komandanı, general Devid Makkirnan deyib.
“Rusiya qoşunlarının irəliləyişi mərhələli olsa da və yalnız əhəmiyyətli itkilərlə əldə olunsa da, Ukrayna da işçi qüvvəsi çatışmazlığı yaşayır və Qərbin daimi maddi-texniki və kəşfiyyat dəstəyinə ehtiyacı var”, - general qeyd edib.
Müharibənin sonrakı gedişatına gəlincə, Makkirnan bildirib ki, Putin atəşkəs razılaşması əldə olunsa belə, bütün Ukrayna üzərində nəzarəti bərqərar edənə qədər dayanmayacaq. General Rusiyanın bu məqsəd üçün özünün və Şimali Koreya kimi əcnəbi qüvvələri döyüşə atmaqda davam edəcəyini vurğulayıb.