AZ

Putin və Pezeşkian İran-Rusiya əməkdaşlığının gücləndirilməsini müzakirə ediblər – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian telefon danışığı aparıblar. 

Olaylar.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, tərəflər praktik əməkdaşlığın və xarici siyasət üzrə əlaqələndirmənin gücləndirilməsi istiqamətində birgə işi aktivləşdirmək barədə razılığa gəliblər.

Danışıq zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş əsasında əməkdaşlığın inkişafı, həmçinin İran və ABŞ arasında Oman vasitəçiliyi ilə aparılan nüvə proqramı üzrə danışıqlar da daxil olmaqla aktual beynəlxalq və regional məsələlər müzakirə olunub.

Putin, 26 aprel tarixində İranın Şahid Rəcai limanında baş vermiş partlayış nəticəsində 65 nəfərin həlak olması ilə bağlı başsağlığı verib. İran Prezidenti isə hadisənin nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə görə Rusiyaya təşəkkür edib və Rusiya Fövqəladə Hallar Nazirliyinin peşəkarlığını yüksək qiymətləndirib. Hadisə nəticəsində İrana dəyən ziyanın 3-5 milyard dollar arasında olduğu bildirilir.

Pezeşkian həmçinin Prezident Vladimir Putini və bütün Rusiya xalqını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə təbrik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr