AZ

Ürəyin bioloji yaşının müəyyən etməyin yolu TAPILIB

Sən demə ürəyimizin xronoloji yaşla yanaşı, orqanın funksional vəziyyətini əks etdirən bioloji yaşı da varmış. Bu yaxınlarda alimlər onu süni intellektdən istifadə etməklə öyrəniblər.

News365.az xəbər verir ki, Avropa Kardiologiya Cəmiyyətinin illik konfransında Cənubi Koreyalı alimlər yarım milyondan çox xəstənin EKQ məlumatlarını qiymətləndirmək üçün süni intellektdən istifadə etdikləri bir araşdırma təqdim ediblər.

Təhlil nəticəsində onlar insan ürəyinin bioloji yaşını proqnozlaşdırmaq üçün alqoritm yarada biliblər. Alimlər deyirlər ki, alqoritm ürək-damar xəstəlikləri və ölüm riski yüksək olan insanları müəyyən etməyə kömək edə bilər. Göstərilmişdir ki, ürəyin bioloji yaşı xronoloji yaşdan yeddi il qabaq olduqda, ümumi ölüm riski 62%, əsas ürək-damar hadisələri riski isə 92% artır. Ürəyin bioloji yaşı xronoloji yaşdan 7 yaş kiçik olarsa, risk, əksinə, azalır.

Gələcəkdə bu alqoritmdən istifadə etməklə kardiologiyada proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq, ürək-damar xəstəliklərinin erkən diaqnostikasını və effektiv profilaktikasını təmin etmək mümkün olacaq.

News365.az

Seçilən
0
news365.az

1Mənbələr