AZ

Qadağanedici işarədə hərəkəti davam etdirib svetofora çırpıldı

Paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Yolayrıcında olan svetoforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada svetoforuna çırpılıb. 

Məlumatı DİN Mətbuat Xidməti verib. 

Yararsız vəziyyətə düşən piyada svetoforunun yenisi ilə əvəzlənməsi işləri görülür.

P.ƏMİRCANOV
XQ

Seçilən
0
xalqqazeti.az

1Mənbələr