Kabel oğruları İspaniyada nəqliyyatı iflic edib.
İspaniyanın nəqliyyat naziri Oskar Puente paytaxt Madrid yaxınlığındakı 10 kvadrat kilometrlik ərazidə dörd nöqtədə kabellərin oğurlandığını açıqlayıb.
O, hadisənin böyük təxribat olduğunu bildirib. Elektrik kabellərinin oğurlanması səbəbindən Madriddən Toledo, Sevilya və Malaqaya xidmətlər dayandırılıb.
Qatar stansiyalarında böyük sıxlıq yaşanarkən, hərəkətdə olan doqquz qatar relslərdə ilişib qalıb. Bildirilib ki, minlərlə sərnişin qatarda gecələməli olub.
Günel Məlikzadə