Mardin şəhərinin Artuklu rayonunda hərəkətdə olan mikroavtobus sürücüsünün sükanın üzərinə qoyduğu dərsliyə baxaraq kitab oxuduğu anlar mobil telefon kamerası ilə lentə alınıb.
News24.az xəbər verir ki, görüntülərin sosial mediada yayılmasından sonra Mardin Sürücülər və Avtomobil Sahibləri Esnaf Palatası hərəkətə keçib.
Palata tərəfindən verilən açıqlamada, yol təhlükəsizliyini təhlükə altına aldığı üçün sözügedən sürücünün işinə son verildiyi bildirilib.
Məryəm İlhamqızı