AZ

Yüksək nəticə göstərənlərin əksəriyyəti niyə lisey və gimnaziya şagirdləridir?VİDEO

2024-cü il üzrə buraxılış və qəbul imtahanlarında ən yüksək nəticələri əldə edən 17 məktəbdən  14-ü lisey və gimnaziyalar olub.  Ölkə üzrə lisey olmayan cəmi 3 məktəbin şagirdləri yüksək nəticə göstərə bilib.

Xezerxeber.az xəbər verir ki, valideynlərin fikrincə, liseylərdə tədrisin daha sistemli olması, nəticələrə birbaşa təsir edir. Bundan başqa, liseylərdə əlavə hazırlıq kurslarının təşkili də şagirdlərin öyrənməsində əhəmiyyətli rol oynayır.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, liseylərdə nəticələrin yüksək olması təsadüfi deyil. Beləki, liseylərə qəbul zamanı həm şagird seçimi aparılır, həm də burada çalışan müəllimlər daha çox təcrübəyə sahib olurlar. Eyni zamanda bu məktəblərdə fərqli metodikalar tətbiq olunur.

Ekspert bildirir ki, liseylərdə təmayül üzrə dərslərin keçirilməsi, motivasiyalı mühit nəticələrdə üstünlük yaradır. digər məktəblərdə də təhsilin keyfiyyətinin artırılması üçün lisey modeli tətbiq oluna bilər.

Bu ilki buraxılış imtahanlarının nəticələrinə əsasən 43 nəfər 300 bal toplayaraq ən yüksək nəticəni göstərib. Onlardan 14 nəfəri liseylərdə təhsil alan şagirdlər olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
xezerxeber.az

1Mənbələr