CHP sədri Özgür Özəl-ə hücum edən Səlcuq Tengioğlunun "qəsdən yaralama" maddəsi ilə həbs tələbi irəli sürülüb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hakim qarşısına çıxarılan S.Tengioğlu həbs edilib.
Qeyd edək ki, S.Tengioğlu Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçirilən anım mərasimindən sonra CHP sədri Özgür Özələ hücum edərək ona zərbə endirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal saxlanılıb.
Vasif ƏLİHÜSEYN