AZ

İstanbulun Atatürk hava limanının terminal binaları texnopark elan edilib

İstanbul, 6 may, Günel Karatepe, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə bu gün “Rəsmi Qəzetdə” dərc olunan qərarla İstanbulun Atatürk hava limanının terminal binaları texnopark elan edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin texnologiya və innovasiya mərkəzi olan “Bilişim Vadisi”nin bazasında qurulan texnopark artıq “Terminal İstanbul” markası ilə dünyanın ən böyük texnologiya sahibkarlığı mərkəzi kimi fəaliyyət göstərəcək.

Bununla bağlı açıqlama verən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır mərkəzdə minlərlə texnologiya startapının yaranacağını, inkişaf etdirilərək investorlara təqdim olunacağını bildirib.

Nazir qeyd edib ki, İstanbul dövlət və özəl sektordan olan çoxsaylı qurumların səyi ilə qlobal səviyyədə sahibkarlıq mərkəzinə çevriləcək. Bu nəhəng mərkəzdə qurulacaq elm mərkəzi, proqram təminatı, süni intellekt məktəbi, texnologiya emalatxanaları ilə müxtəlif yaş qruplarını qəbul edəcək.

Seçilən
0
3
azertag.az

4Mənbələr