AZ

Kanadanın Alberta vilayətində müstəqillik referendumu keçirilə bilər

Kanadanın Alberta vilayətində 2026-cı ildə ölkədən ayrılmaqla bağlı referendumun keçirilməsi ehtimalı var. 

HİT.az xəbər verir ki, bu barədə vilayətin baş naziri Daniyel Smit CBC telekanalına açıqlama verib.

Onun sözlərinə görə, hələlik vilayət hökumətinin gündəmində belə bir referendum planı yoxdur. Lakin əgər sakinlər hökumətdən referendum keçirilməsini tələb etmək üçün kifayət qədər imza toplaya bilsələr, bu məsələ 2026-cı ildə seçki bülleteninə daxil edilə bilər. Smit əlavə edib ki, o, şəxsən vilayətin Kanadadan ayrılmasını dəstəkləmir.

CBC bildirir ki, tənqidçilər buna baxmayaraq, Smiti separatçılara rəğbət göstərməkdə və vilayətin iqtisadi sabitliyini təhlükə altına almaqda ittiham ediblər.

Bundan əvvəl ABŞ nəşri "The Hill" dərc etdiyi materialda qeyd edib ki, fransızdilli Kvebek vilayətinin Kanadadan ayrılması ABŞ-ın keçmiş prezidenti Donald Trampın ölkəni Amerika Birləşmiş Ştatlarına birləşdirməsini asanlaşdıra bilər.

Samir

Seçilən
0
hit.az

1Mənbələr