AZ

Şomlo təpəsində Hallştat mədəniyyətinə aid böyük tapıntı

Şomlo

Budapeştdə yerləşən Macar Milli Muzeyinin arxeoloqları ölkənin qərbindəki Şomlo təpəsində sensasion tapıntı aşkar etdiklərini elan ediblər. Burada yaşı 3000 ildən çox olan 300-dən artıq qədim artefakt aşkarlanıb. Tədqiqat Antiquity elmi jurnalında dərc olunub.Tapıntılar arasında bürünc əşyalar, zinət əşyaları və sirli Hallştat mədəniyyətinə məxsus dəmirçilərə aid alətlər yer alır.Üzüm bağları ilə əhatə olunan və 431 metr hündürlüyə malik Şomlo təpəsində araşdırmalara 2023-cü ildə başlanılıb. Buradan bürünc külçələr, alətlər, tökmə tullantıları, eləcə də Erkən Dəmir Dövrünə (e.ə. 800–450-ci illər) aid nadir artefaktlar – nizə ucluqları və kəhrəba bəzəklər tapılıb.Ekspedisiyaya rəhbərlik edən arxeoloq Bensə Şooş bildirib: “Bu, Mərkəzi Avropada Hallştat mədəniyyətinə aid ən böyük metal artefakt toplusundan biridir.”İnkişaf etmiş metal emalı ilə tanınan Hallştat mədəniyyəti əvvəllər əsasən Almaniya və Avstriya ilə əlaqələndirilirdi. Macarıstandakı bu tapıntılar bu mədəniyyətin coğrafiyasına dair təsəvvürləri dəyişir.Alimlər ehtimal edir ki, Şomlo təpəsi həmin dövrdə böyük istehsalat mərkəzi olub — burada aşkarlanan tökmə materiallarının bolluğu bunu göstərir. Həmçinin, bəzilərinin keramika qablarında diqqətlə dəfn olunması, həmin ərazidə ayinlərin keçirildiyini düşünməyə əsas verir — bu, həmin dövr üçün qeyri-adi sayılır.Tədqiqatçılar oradakı üzvi qalıqlara radiokarbon analiz aparmağı planlaşdırırlar ki, bu da təpədəki yaşayışın dəqiq xronologiyasını müəyyən etməyə kömək edəcək.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO

Tramp: Qrenlandiyanı ələ keçirmək üçün ABŞ ordusu göndərilə bilər

Trampdan Ərdoğana Zəng: Ukraynada Sülh Üçün Birlikdə Hərəkət Etməliyik

Seçilən
0
ulusum.az

1Mənbələr