AZ

Birinci sinfə qəbulla bağlı məktəb və müəllim seçiminə başlanıldı

BAKI, 6 may. TELEQRAF

Birinci sinfə qəbulla bağlı Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçiminə start verildi.

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, valideynlərdən və qanuni nümayəndələrdən portalda aparılan yenilikləri diqqətlə izləmələri və göstərilən tarixlərə uyğun şəkildə qeydiyyat prosesində iştirak etmələri xahiş olunur.

Qeyd edək ki, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə bu gün saat 11:00-da start verilib.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr