Milan. Trenda:
Gürcüstan yaxın vaxtlarda Qara dənizin dibi ilə çəkiləcək sualtıkabel layihəsi üzrə geotexniki tədqiqatlara başlayacaq. Bu layihəAzərbaycanla Avropa arasında "yaşıl" enerjinin tədarükünü təminedəcək.
Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Gürcüstanınmaliyyə nazirinin müavini Yekaterina Qunsadze AİB-nin 58-ci illikiclası çərçivəsində keçirilən “Trans-Xəzər əlaqəliliyi: Nəqliyyatvə enerji dəhlizlərinin potensialının açılması” forumunda çıxışızamanı bildirib.
“Qara dənizdən keçəcək sualtı kabelin işə salınması ilə CənubiQafqazın enerji sistemi Avropa enerji şəbəkəsinə inteqrasiyaolunacaq. Sualtı kabelin çəkilməsi ideyası bir neçə il əvvəlmeydana gəlib. Əvvəllər bu fikir bir qədər qeyri-real görünürdü.Lakin Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından vəAvropada enerji böhranından sonra bu layihə olduqca aktual oldu.Texniki-iqtisadi əsaslandırma artıq hazırdır və bu sənəd DünyaBankından aldığımız kredit hesabına maliyyələşdirilib. HəmçininQara dənizin dibi üzrə geotexniki araşdırmalar aparmaq üçün dəDünya Bankından vəsait almışıq və bu işlər çox yaxın vaxtlardabaşlayacaq”, - deyə o bildirib.
Qunsadze enerji təhlükəsizliyi və müstəqilliyinin artıq uzunmüddət Gürcüstan üçün prioritet məsələ olduğunu vurğulayıb.
“Bu uzun illər əvvəl bizə dərs olub – enerji təchizatımənbələrinin şaxələndirilməsi – mütləqdir. Bu günə olangöstəricilərə əsasən, bizim elektrik enerjinin az qala 80% “yaşıl”hidroenerji hesabına təmin olunur və bizdə həm su, həm günəş həm dəkülək energetikasının inkişafı üçün böyük potensialımız var”, -deyə nazir müavini bildirib.
O eyni zamanda, Gürcüstanın enerji yığımı sistemlərininyaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı Asiya İnkişafBankı ilə saziş imzaladığını xatırladıb. Bu sistemlər fövqəladəhallarda ölkənin bütün elektrik ötürmə xətlərinin təhlükəsizliyinitəmin edəcək.