"Roma"nın futbolçusu Leandro Paredes son 3 oyunda zədəsini olmamağına baxmayaraq meydana çıxmayıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb argentinalı yarımmüdafiəçi "canavarlar"ın heyətində daha bir oyuna çıxarsa, bu, onun 80-ci matçı olacaq. Buna görə də "Roma" müqavilədəki bəndə əsasən PSJ-yə 2 milyon avro bonus ödəməli olacaq.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Paredes 2023-cü ilin yayından paytaxt klubunda çıxış edir. O, cari mövsüm 31 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
İtaliya klubu dünya çempionu üçün PSJ-yə 5.5 milyon avro təzminat ödəyib.