Pakistanın səfiri: Dünya ictimaiyyətinin Hindistanın təhlükəli müharibə təbliğatına qarşı birləşməsi vacibdir
Dünya ictimaiyyətinin Hindistanın təhlükəli müharibə təbliğatına qarşı birləşməsi vacibdir.
"Report" xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "X"də yazıb.
"Biz sülh uğrunda çıxış edən bütün səsləri qiymətləndirir və alqışlayırıq. Dünya ictimaiyyətinin Hindistanın təhlükəli müharibə təbliğatını və qanunsuz işğal etdiyi Cammu və Kəşmirdə mülki şəxslərə qarşı davam edən vəhşilikləri pisləməkdə birləşməsi vacibdir", - deyə diplomat qeyd edib.
We appreciate and welcome all voices of reason advocating for peace. It is imperative for the world community to unite in condemning India’s dangerous warmongering and continued atrocities against civilians in Indian Illegally Occupied Jammu and Kashmir. @ForeignOfficePk… https://t.co/aLlLqgSnaD