iPhone 17 satışa çıxmamış növbəti olacaq iPhone 18-lə bağlı məlumatlar alıcı kütləni təəccübləndirib. Məlum olub ki, Apple şirkəti iPhone 18 seriyası ilə radikal bir təqdimat strategiyasına keçib. Şirkət yeni modelləri qəfil deyil, tədricən təqdim etməyə hazırlaşır.
Hafta.az-ın yzdığına görə, Apple 2026 və 2027-ci illəri əhatə edən iki fərqli dövrdə iPhone 18 seriyasını təqdim edəcək. Premium seqmentdə yer alacaq iPhone 18 Pro, iPhone 18 Pro Max, iPhone 18 Air və qatlana bilən iPhone modellərinin 2026-cı ilin payızında açıqlanması gözlənilir.
Digər tərəfdən, standart iPhone 18 və sərfəli iPhone 18e modelləri 2027-ci ilin yazında istifadəçilərlə görüşəcək. Bu bölünmüş strategiyanın istehsal yükünü tarazlaşdırmaq və marketinq proseslərini daha effektiv etmək üçün qəbul edildiyi bildirilir.
Sənaye mənbələrinə görə, Apple 2026-cı ildə cəmi altı yeni iPhone modelini təqdim edəcək. Bunlardan ən diqqət çəkəni Apple-ın ilk qatlana bilən telefonu olacaq. Kitab şəklində açılan bu modelin xarici ekranı 5,7 düym, daxili ekranı isə təxminən 8 düym olacaq.
Cihazın demək olar ki, görünməz qatlanan displey və delikli selfi kamerası ilə təchiz ediləcəyi gözlənilir. Qiymət etiketinin təxminən 2 min dollar olacağına dair şayiələr var.
Apple 2027-ci ilin yazında elan edəcəyi iPhone 18 və iPhone 18e modelləri ilə daha geniş istifadəçi kütləsinə müraciət etməyi hədəfləyir. iPhone 18e modeli bu il buraxılan iPhone 16e-nin birbaşa varisi kimi yerləşdiriləcək.