Vladimir Putin və Məsud Pezeşkian arasında telefon danışığı olub.
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı zamanı beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi olub.
Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, liderlərİran və ABŞ arasında birbaşa olmayan görüşün gedişini müzakirə ediblər.
Rusiya lideri İranın hökumət başçısına Hürmüzqan əyalətinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.