ain.az bildirir, Lent az saytına əsaslanaraq.
2014-cü ildə "Avroviziya"da saqqallı müğənni Konçita Vurst pop-mədəniyyətə elə bir imiclə daxil oldu ki, bu obraz özünü ifadə etmənin simvoluna çevrildi. Lakin o vaxtdan bəri bu obrazda çıxış edən müğənni xeyli dəyişib.
Lent.az xarici mediaya istinadla Konçita Vurstun hazırda necə göründüyü və nə ilə məşğul olduğu barədə məlumat verir.
Konsitanın “Avroviziya”dakı çıxışı
Çoxları bilmir ki, Konçita Vurstun əsl adı Tomas Noyvirtdir və indi onun 36 yaşı var. Tomas özünü transgender kimi təqdim etmir, onun çıxışları isə “drag queen” janrında şou kimi qəbul olunur.
2014-cü ildə "Avroviziya" səhnəsində Tomas doğma Avstriyanı “Rise Like a Phoenix” (“Feniks kimi yüksəl”) mahnısı ilə təmsil etdi. O, səhnəyə axşam geyimində, qıvrım saçlarla və saqqalla çıxdı. Bu obrazı sənətçi bir provoskasiya və cəmiyyətə kişi ilə qadın arasında düşündüyümüz qədər fərq olmadığını göstərmək məqsədilə yaratdığını deyir.
Qeyd edək ki, bu ifanın yerləşdirildiyi “Avroviziya”nın rəsmi YouTube kanalında video 15 milyondan çox baxış toplayıb.
Konçita Vurst indi necə görünür?
Tomas sosial şəbəkələrdə aktivdir və çıxışlarını davam etdirir. Onun paylaşdığı şəkillər müxtəlif olur: bəzən corab və korsetdə poz verir, ertəsi gün isə fanatlarını kostyumda və ya kovboy libasında çəkilmiş “brutal” fotolarla sevindirir.
Tomas qeyri-adi istedada sahibdir, Konçita obrazına mükəmməl şəkildə girə bilir və eyni zamanda gündəlik həyatında da insanları təəccübləndirən görüntülər təqdim edir.
Onu da qeyd edək ki, Tomas musiqi karyerasını davam etdirir – yeni mahnılar yazır, podkast və televiziya proqramlarında aktiv iştirak edir. Bu fəaliyyətləri ona hələ də böyük populyarlıq qazandırır.
2018-ci ildə isə açıq gey olan Tomas HİV-pozitiv olduğunu açıqlayıb. Bu açıqlamanı keçmiş sevgilisinin şantaj cəhdinə görə məcburən edib. Lakin sənətçi şantajçının qurbanı olmayıb və cəsarətlə öz statusunu bütün dünyaya bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.