AZ

Bundestaq kansler seçə bilmədi


Almaniyada Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Almaniya kansleri vəzifəsinə təyin olunmaq üçün Bundestaqda keçirilən səsvermənin ilk turunda kifayət qədər səs toplaya bilməyib.
Yeniavaz.com
xəbər verir ki, gizli səsvermədə Mertsi 621 deputatdan 310-u dəstəkləyib. 307 deputat onun əleyhinə səs verib, 3-ü deputat isə bitərəf qalıb. Bir bülleten etibarsız sayılıb.
Almaniyada kanslerin seçilməsi üçün lazım olan səs sayı isə 316-dır.
Bundan başqa, Mertsin başçılıq etdiyi CDU/CSU (Xristian Demokratik İttifaqı və Xristian Sosialist Partiyası) bloku və onunla koalisiyada olan Sosial Demokratlar Partiyası (SPD) Bundestaqda çoxluğa malikdir – 328 yer.
Səsvermənin nəticələri göstərir ki, gələcək hakim koalisiyanın bəzi üzvləri Mertsi dəstəkləməyib, hətta onun əleyhinə səs veriblər.
Bununla da, Almaniyada ilk dəfə Bundestaq federal seçkilərdən və koalisiya danışıqlarından sonra səsvermənin birinci turunda kansleri seçə bilməyib.
Digər tərəfdən, Merts Almaniya kansleri vəzifəsinə namizədliyi ilə bağlı səsvermənin ikinci turundan imtina etmək qərarına gəlib.
Bu barədə “Bild” qəzeti CDU/CSU blokunun parlament fraksiyasındakı mənbələrinə istinadla məlumat yayıb.
“Bild” qəzeti yazır ki, CDU/CSU fraksiyası, görünür, sosial demokratlardan birinin Mertsin əleyhinə səs verməsindən hiddətlənib.
Ancaq Almaniya Konstitusiyasının 63-cü maddəsinə əsasən, əgər təklif edilən şəxs seçilməsə, Bundestaq seçkidən sonra 14 gün ərzində öz üzvlərinin mütləq səs çoxluğu ilə Federal Kansleri seçə bilər.
Merts ikinci raundda qalib gələ biləcəyinə inanarsa, istənilən vaxt yenidən namizəd ola bilər. Digər namizədlər də iki həftə ərzində qüvvələrini sınaya bilərlər. Ancaq onlar da minimum 316 səs toplamalıdırlar.
Seçilən
0
1
yeniavaz.com

2Mənbələr