Türkiyənin Milli Kəşfiyyat Təşkilatı {MİT} İstanbul hava limanında Hizbullaha göndərilməsi nəzərdə tutulan peycerlərin yükünü ələ keçirib. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Livanda baş verən ilk partlayışlardan 10 gün sonra, sentyabrın 27-də partlayıcılarla təchiz edilmiş 1300 telekommunikasiya cihazı və onlar üçün 710 şarj cihazı ələ keçirilib. Bac Consulting KFT şirkətinin istehsalı olan Gold Apollo peycerləri Tayvanın SMT Global Logistics Limited şirkəti tərəfindən TK6141 Honq Konq-İstanbul yük reysi ilə Türkiyəyə göndərilib. Göndərmə ilə birlikdə olan sənədlərdə qeyd olunurdu ki, əşyalar əl qarışdırıcılarıdır, lakin qutularda əslində peycerlər və doldurma qurğuları ilə birlikdə 144 mətbəx texnikası var idi. “Sabah” qeyd edir ki, bombaların ələ keçirilməsi MİT-in son illərdəki ən böyük əməliyyatlarından biri olub.
Peycerlərin Türkiyə üzərindən Livana çatdırılması Türkiyə prezidenti Ərdoğanla Livanın baş naziri Nəcib Mikati arasında ötən ilin dekabrındakı görüşdəəsas mövzu olmuşdu. Qəzetin yazdığına görə, Mikati Türkiyə prezidentinə partlayıcı qurğuların partiyasını saxladığına görə təşəkkürünü bildirib. Daha əvvəl məlum olmuşdu ki, Mossad partlayışlardan bir neçə ay əvvəl Hizbullah tərəfindən gətirilən 5000 peycerə partlayıcı yerləşdirib. Nəticədə, demək olar ki, eyni vaxtda Livanda minlərlə peycer partladı, 11 nəfər həlak oldu və təşkilatın yaraqlıları və İranın Beyrutdakı nümayəndəsi də daxil olmaqla, təxminən 4000 nəfər isə yaralanmışdı.
Surxay Əliyev