AZ

ABŞ və Avropa 5-10 ildən sonra III Dünya Müharibəsinin başlamasından qorxur

ABŞ və Qərbi Avropanın bir çox sakinləri əmindirlər ki, 5-10 il ərzində nüvə silahının tətbiqi ilə Üçüncü Dünya Müharibəsinin başlanması mümkündür. Bunu İkinci Dünya Müharibəsində antihitler koalisiyasının müttəfiqlərinin qələbəsinin 80 illiyi öncəsi “The Guardian” və “YouGov”-un keçirdiyi sosial sorğunun məlumatları sübut edir.

Qeyd olunur ki, ABŞ və Qərbi Avropa sakinləri III Dünya Müharibəsinin başlamasının ən çox ehtimal olunan səbəbinin Rusiya ilə münasibətlərdəki gərginlik olduğunu düşünürlər. Sorğu nəticəsində məlum olub ki, Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyada respondentlərin 41%-55%-i yaxın 5-10 il ərzində başqa bir dünya müharibəsinin çox və ya daha çox ehtimal olunacağına inandığını bildirib. Bu fikri amerikalıların 45%-i bölüşür.

Jurnalistlər əlavə edib ki, respondentlərin 68%-76%-i nüvə silahının istənilən yeni münaqişədə istifadə olunacağına inanır. Respondentlərin 57%-dən 73%-ə qədəri III Dünya Müharibəsinin 1939-1945-ci illərdəkindən daha çox insan itkisi ilə nəticələnəcəyini bildirib.

Bundan əlavə, bir çox Qərbi Avropalılar ölkələrinin yeni dünya müharibəsində iştirak edəcəyinə əmindirlər. Xüsusilə, italyan respondentlərinin 66%-i və Böyük Britaniyadan olan respondentlərin 89%-i bunu bildirib. Üstəlik, İtaliyada sorğuda iştirak edənlərin yalnız 16%-i silahlı qüvvələrinin onları qoruya biləcəyinə inanır.

Amerikalılar öz ordusuna daha çox arxayındırlar. Amerikalı respondentlərin 71%-i ordunun onları qoruya biləcəyinə əmin olduğunu bildirib.

Nəşr vurğulayıb ki, Rusiya yeni dünya müharibəsinin ən çox ehtimal olunan səbəbi hesab olunur. Bu fikri Qərbi Avropalıların 72%-82%-i, Amerikalıların 69%-i ifadə edib. ABŞ və Qərbi Avropa sakinləri ehtimal olunan səbəb kimi islam terrorizmini də göstəriblər.

Həmçinin Qərbi Avropa ABŞ-a qarşı mümkün hərbi münaqişəni istisna etmir. İspaniyada respondentlərin 58%-i ABŞ-la gərginliyin qitədə sülh üçün əsas təhlükə olduğunu bildirib.

Almaz Həsənli

Seçilən
0
1
oxumeni.az

2Mənbələr