AZ

"Qalatasaray"ın "Napoli"yə ödəyəcəyi məbləğ bəllidir - qərarı Osimhen verəcək

Səudiyyə Ərəbistanı və İngiltərənin böyük klublarının təzyiqlərinə baxmayaraq, “Qalatasaray” təslim olmaq niyyətində deyil və Super Liqanın hazırkı bombardirini saxlamaq üçün hər şeyi etməyə hazırdır.

İdman.biz "Fanatik"ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu Türkiyədə qalmağa qərar versə, İstanbul klubu "Napoli"yə 66 milyon avro ödəməyə razıdır.

Məlumata görə, iki klub mövsümün əvvəlində nigeriyalı hücumçunun transfer qiyməti 75 milyon avro olmaqla 9 milyon avro məbləğində icarə müqaviləsi üzrə razılaşıb. Beləliklə, "Qalatasaray" qalan məbləği - 66 milyon avronu da "Napoli"yə ödəməyə razıdır.

Qeyd edək ki, İtaliyada çempion olduğu 2022/23 mövsümündə ümumilikdə 31 qol vuran 26 yaşlı forvard hazırkı mövsümdə "sarı-qırmızılar"ın heyətində bütün turnirlərdə 33 dəfə fərqlənib.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr