AZ

Bakıda beynəlxalq aqrar və qida sənayesi sərgiləri keçiriləcək

13-16 may tarixlərində Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək.

“Caspian Event Organisers”dən verilən məlumata görə, hazırda sərgilərdə 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq edib.

Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, 29 ölkəni əhatə edəcək. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir milli qruplar şəklində sərgilərdə iştirak edəcək.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində seminarlar, təqdimatlar, B2B və B2G görüşlər təşkil olunacaq, 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək. Forumda müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri və digər mövzular üzrə müzakirələr aparılacaq.

Bununla yanaşı, 14-15 may tarixlərində 200-dən çox beynəlxalq və yerli nümayəndələr, rəsmi şəxslər və ekspertlərin iştirakı ilə İslam Ticarət və İnkişaf Palatasının “Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu” baş tutacaq.

Seçilən
0
vergiler.az

1Mənbələr