AZ

Yaponiyanın uşaq əhalisi 44 ildir azalır

Yaponiyanın uşaq əhalisi 44 ildir azalır

Yaponiyada 2025-ci ildə 14 yaşdan kiçik uşaqların sayı azalıb. Əhalinin cəmi 11,1%-ni təşkil edən uşaqlar ölkədə qocalma və doğum böhranını yenidən gündəmə gətirib.Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, 1 aprel 2025-ci il tarixinə 14 və ondan aşağı yaşda olan uşaqların sayı 13 milyon 660 min nəfərə qədər azalıb. Bu rəqəm ötən illə müqayisədə 350 min azdır. Ölkədə uşaq sayının azalması 44 ildir ki, fasiləsiz davam edir.Yaponiyada uşaqlar ümumi əhalinin cəmi 11,1 faizini təşkil edir. Bu göstərici ABŞ-da 21,7 faiz, Çində isə 17,1 faiz təşkil edir. Məlumatlar 5 May Uşaqları Müdafiə Günündən əvvəl ictimaiyyətlə paylaşılıb.Mütəxəssislərin fikrincə bir ölkənin əhalisini saxlaması üçün qadına düşən doğum əmsalı 2,1 olmalıdır. Lakin Yaponiyada bu nisbət uzun müddətdir ki, 1,3 civarındadır. Bu vəziyyət doğumların sayının ölənlərin sayından xeyli aşağı qalmasına səbəb olur.Məsələn, 2014-cü ildə ölkədə 1,62 milyon insan həyatını itirdiyi halda, doğulanların sayı bu rəqəmin yarısına belə çatmayıb. Bu gün Yaponiya əhalisinin 20 faizindən çoxu 65 yaşdan yuxarıdır.Doğum nisbətlərinin azalması və əhalinin qocalması əmək bazarına, sosial təminat sisteminə və qayğı xidmətlərinə təzyiq göstərir. Evlilik nisbətləri sabit olsa da, boşanmaların sayı artır.Hökumət həll yollarını axtarırYaponiya hökuməti dörd günlük iş həftəsi, evlilik və uşaqlar üçün təşviqlər, körpələr evi tutumunun artırılması kimi addımlarla doğum nisbətlərini artırmağa çalışır. Bununla belə, yüksək yaşayış xərcləri, aşağı maaşlar, sıx iş tempi və məhdud yaşayış sahələri bu səylərin təsirini azaldır.Yaponiyadan başqa Çin, Cənubi Koreya, Honq Konq və Tayvan da oxşar əhali böhranı ilə üzləşirlər. Avropada İspaniya və İtaliya kimi ölkələr immiqrasiya siyasəti ilə doğuşun azalmasının qarşısını almağa çalışırlar.

Seçilən
0
afn.az

1Mənbələr