Bakı. Trend:
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi vəqeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı vəəməliyyat tədbirləri nəticəsində 4 nəfər sərhəd pozucususaxlanılıb.
Trendxəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəziməlumat yayıb.
Bildirilib ki, aprel ayının 30-da Dövlət Sərhəd XidmətininSərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsininxidməti ərazisində 2 (iki) nəfər – 1996-cı il təvəllüdlü SafiHedayatullah Eynətullah və 2004-cü il təvəllüdlü Mirzay MohsinSəfiulla, may ayının 2-də isə daha 2 (iki) nəfər Əfqanıstan İslamRespublikası vətəndaşı – 1999-cu il təvəllüdlü Əfqan MohammadəminMominxan və 2005-ci il təvəllüdlü Əhmədi Əhməd Abdullah dövlətsərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Araşdırma nəticəsində saxlanılan şəxslərin AzərbaycanRespublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropaölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.