“Bunu ona görə istəyir ki, dediyi söz həmən həyata keçirilsin və heç kəs onunla diskussiya aparmasın. Amma ABŞ reallığında bu, qeyri-mümkündür...”
“ABŞ prezidenti Donald Trampın dümyadakı avtoritarlara, diktatorlara dəstək və ya ruh verməsini psixoloji məsələ hesab edirəm. Yəni o hər zaman belə avtoritar və separitar liderlərə rəğbət göstəribdir. Görünür, bu, insanın təbiətindən, düşüncə tərzindən, həyata baxışlarından irəli gəlir”.
Bunu Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında “Tramp Putin başda olmaqla dünyanın diktatorlarını, avtoritar rejimlərini niyə müdafiə edir, ən azı öz siyasəti ilə onlara dolayısıyla ruh və dəstək verir?” sualını cavablanadırarkən söyləyib.
“Əlbəttə, Tramp özü də istəyərdi ki, Amerikada, məsələn, Si Zinpin və ya Putin, yaxud Kim Çen İn kimi rəhbər olsun. Bunu ona görə istəyir ki, dediyi söz həmən həyata keçirilsin və heç kəs onunla diskussiya aparmasın. Amma ABŞ reallığında bu, qeyri-mümkündür. Çünki o ölkədə institusional idarəçilik var, hakimiyyət bölgüsü var, müstəqil məhkəmə hakimiyyəti var, azad media var. Və ən başlıcası, Birləşmiş Ştatlarda bütün bu institutların ayaqda qalmasına dəstək olan, onları qoruyan, olduqca siyasi aktiv bir cəmiyyət var. Odur ki, ABŞ-da Trampın avtoritarlıq arzularının həyata keçməsi qeyri-mümkündür. Bununla belə o, yer üzündəki diktatorlara, avtoritarlara dəstək verməklə ən azı öz simpatiyasını nümayiş etdirir. Dediyim kimi, bu daha çox psixoloji məsələdir və insanın təbiətindən irəli gəlir. Biz görə bilərik ki, ən əzilən, tapdanan cəmiyyətdə də onu tapdayan diktatora sanki bir bağlılıq var, aludəçilik var, pərəstiş var. Niyə? Çünki bu psixoloji məsələdir”, - deyə davamında ekspert vurğulayıb.
Sultan Laçın