GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Tərəfdarlarımızla birlikdə Nikol Paşinyanın impiçmenti prosesinə başlamağa hazırıq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan deyib.
O bildirib ki, fraksiya üzvlərinin fikrincə, hakimiyyət dəyişikliyinə nail olmağın ehtimal olunan yolu budur:
“Heç bir ilkin şərt olmadan namizədin məsələsini müzakirə etməyə hazırıq. Hazırda fraksiyada baş nazir postu üçün seçimlər yoxdur. Lakin təklif edilsə, sabiq prezident Robert Köçəryanın namizədliyinə dəstək ola bilərik”.
Qeyd edək ki, bundan əvvəl erməni KİV-lərində keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın namizədlik barədə müsbət düşüncədə olmadıqları yazılmışdı. Çünki hər ikisinin reytinqi çox aşağıdır.
Günay Rəsulqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.