AZ

Bodibildinq üzrə Azərbaycan millisi Avropa çempionatını 12 medalla başa vurdu

Azərbaycanın bodibildinq millisi İspaniyanın Santa Susanna şəhərində keçirilən Avropa çempionatını dördü qızıl, ikisi gümüş və altısı bürünc olmaqla 12 medalla başa vurub.
 
Moderator.az xəbər verir ki, Azərbaycan komandasının Avropa çempionatında ilk dəfə mübarizə apardığı "Fit Model" yarışında mühüm nəticə əldə olunub.
 
164 sm-dən hündür boy kateqoriyasında Natalya Tretyakova bürünc medal qazanıb.
 
Xızrı Şəhriyar isə "Classic Physique" yarışında bürünc medal qazanıb.
 
İsmayıl Həbiyev bodibildinq üzrə mütləq Avropa çempionluğunu, Hidayət Quluzadə isə "Muscular Mens Physique" yarışında mütləq çempionluğu qazanıb.
 
Təyyar Vəliyev bodibildinqdə fərqlənərək gümüş, Yalçın Məmmədov isə "Masters" yarışında bürünc medallara sahib çıxıblar.
 
Tərlan Əliyev həm yeniyetmələr, həm də böyüklər arasında "Mens Physique" yarışında birinci olmaqla ikiqat qələbə qazanıb. Eyni yarışlarda çıxış edən Əhməd Quluzadə yeniyetmələr arasında gümüş, böyüklər arasında bürünc medal qazanaraq iki dəfə fəxri kürsüyə yüksəlib.
 
Şirin Orucov digər boy kateqoriyasında "Mens Physique" yarışında üçüncü yeri tutub.
 
İlyas Abdullayev isə klassik bodibildinqdə bürünc medal qazanıb.
 
 
Seçilən
0
2
moderator.az

4Mənbələr