AZ

Orban Zelenski ilə münaqişəyə girməsinin səbəbini açıqladı

Macarıstanın baş naziri Viktor Orban deyib ki, onun sözlərindən təhdid eşitdiyi üçün Ukrayna prezidenti Volodimir Zelenski ilə münaqişəyə girmək məcburiyyətində qalıb. 

HİT.az-ın məlumatına görə, Orban hesab edir ki, heç kimin Budapeştə Ukraynanın Avropa Birliyinə (Aİ) qoşulması ilə bağlı hansı qərarı verəcəyini söyləməyə haqqı yoxdur.

Parlamentdə çıxış edən Macarıstanın baş naziri deyib ki, o, Zelenski ilə mübahisədən yayınıb və onun təxribat xarakterli bəyanatlarına cavab verməyib, çünki o, iki ölkə arasındakı münasibətlərdə hələ də qorunub saxlanıla bilənləri qoruyub saxlamağa çalışır. Lakin Viktor Orban Zelenski Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı referendumunu tənqid etdikdən sonra mövqeyini dəyişdi. Ukrayna prezidenti Orbanın təhlükəli işlər gördüyünü deyib.

Macarıstanın baş naziri əmindir ki, beynəlxalq siyasətdə bunu ancaq ciddi təhlükə kimi şərh etmək olar: 

"Mən belə bir addım atmalı və ciddi nəticələrə səbəb ola biləcək açıq münaqişəyə girməli idim, amma bunu öz üzərimə götürürəm. Məsələ burasındadır ki, biz ukraynalılarla aydın danışmalı və onlara onların hərəkətlərinin bizim xeyrimizə olmadığını söyləməliyik".

Martın sonunda keçirilən Aİ liderlərinin sammitində Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək bəyanatını təsdiqləməyən yeganə şəxs Orban olub. Aprelin 14-də Macarıstanda Ukraynanın Aİ-yə daxil olması ilə bağlı referendum başlayıb. Macarıstanın baş naziri əleyhinə səs verib.

Samir

Seçilən
0
hit.az

1Mənbələr