AZ

“Əsrin Lideri: Qəlblərdə Yaşayan Əbədiyyət” adlı tədbir keçirildi - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələrinin və fəallarının təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin və Təhsil Sektorunun dəstəyi ilə “Əsrin Lideri: Qəlblərdə Yaşayan Əbədiyyət” adlı tədbir keçirildi.

QHT.az xəbər verir ki, tədbirin məqsədi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin zəngin irsini yeniyetmələrə daha yaxından tanıtmaq və onun ölkəmizin inkişafında oynadığı misilsiz rolu bir daha vurğulamaq idi. Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə dair məlumatlar təqdim olundu, videoçarxlar nümayiş etdirildi və məktəblilərin çıxışları dinlənildi.

Seçilən
0
qht.az

1Mənbələr