AZ

Ermənistanda respondentlərin 86%-dən çoxu sülh sazişinin mətnini oxumaq istəyir

Ermənistanda respondentlərin 73%-i hesab edir ki, vətəndaşlar Azərbaycanla sülh sazişi imzalamazdan əvvəl mütləq mətni oxumalı və öz qiymətini verməlidir.

Herbiand.az bu barədə erməni mətbuatına istinadən bildirir.

Erməni sosioloq Aram Navasardyan mayın 6-da jurnalistlərlə görüşündə bildirib ki, respondentlərin 13,1%-i yəqin ki, “bəli”, 5,3%-i yəqin ki, “yox”, 6,5%-i isə birmənalı olaraq “yox” cavabını verib, 2,1%-i suala cavab verməkdə çətinlik çəkib.

Onun sözlərinə görə, respondentlərin 10,7%-i Rusiyanın Ermənistanla Azərbaycan arasında danışıqlarda vasitəçilik rolundan çəkilməsini birmənalı olaraq müsbət, 19,1%-i kifayət qədər müsbət, 24,5%-i kifayət qədər mənfi, 36,1%-i isə birmənalı olaraq mənfi qiymətləndirib, 9,6%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr