AZ

Rəsmi Pekin: ABŞ təhdid və təzyiqlərdən əl çəkməlidir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına tətbiq edilən rüsumları azaltmaq niyyətini şərh edib.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan jurnalistlər üçün təşkil olunan brifinqdə danışıb.

O bildirib ki, ABŞ həqiqətən də Çinlə dialoqa getmək niyyətindədirsə, təhdid və təzyiq taktikasından əl çəkməlidir:

"Əgər ABŞ həqiqətən də problemi dialoq və danışıqlar yolu ilə həll etmək istəyirsə, təhdid və təzyiqlərdən əl çəkməli və Çinlə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa getməlidir".

Xatırladaq ki, Tramp bir neçə gün əvvəl etdiyi çıxışda bəyan edib ki, Vaşinqtonun Çinə idxal rüsumlarını azaltması mümkündür, çünki bu addım atılmadan Vaşinqton və Pekin bir-biri qarşılıqlı ticarət qura bilməz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr