AZ

İnvestisiya şirkətlərinin repo əməliyyatlarının dövriyyələrinin həcmi üzrə RENKİNQİ - YANVAR-APREL/2025

Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin repo əməliyyatları üzrə dövriyyələrinin həcmini açıqlayıb.

Finss.az xəbər verir ki, repo əməliyyatları üzrə dövriyyə baxımından “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC liderliyini qoruyub. Şirkətin repo əməliyyatları üzrə ümumi dövriyyəsi 14 milyard 722 milyon 520 min 381 manat təşkil edib.

İkinci yerdə “ABB İnvest İnvestisiya Şirkəti” QSC qərarlaşıb – bu şirkətin repo əməliyyatlarının həcmi 12 milyard 344 milyon 214 min 154 manat olub.

Üçüncü yeri isə “Assist Finance İnvestisiya Şirkəti” ASC tutub – 1 milyard 742 milyon 645 min 961 manatlıq repo əməliyyatı həyata keçirilib.

Siyahının son sıralarında isə “PSG Kapital İnvestisiya Şirkəti” QSC (5 milyon 953 min 40 manat) və “MFX Trading İnvestisiya Şirkəti” (11 milyon 365 min 1 manat) yer alır.

BFB-yə istinadən investisiya şirkətlərinin 2025-ci ilin ilk dörd ayı üzrə repo əməliyyatlarının həcminə görə renkinqi təqdim edirik:

Fuad Mədətov
Finss.az

Seçilən
0
fins.az

1Mənbələr