Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Birləşmiş Ərəb Əmirliklərində bu gün start götürən 6-cı "Fazza Dubay" beynəlxalq turnirində mübarizə aparacaq.


Rekord.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.


O, məşqçi Teymur Abbasovun rəhbərliyi altında SU5 kateqoriyasında çıxış edəcək.


Qeyd edək ki, yarış mayın 11-də başa çatacaq.