AZ

"Mətbuat prinsip etibarı ilə özünəməxsus cəmiyyətin süzgəcidir" - AYDINLIQ GƏTİRİLDİ

"Mətbuatımızın qarşıdan gələn 150 illiyi ölkəmizin ictimai-siyasi, mədəni həyatında çox böyük hadisədir. Prezident İlham Əliyev bu məsələni layiqincə dəyərləndirir və bilir ki, bu bütün cəmiyyətlə qeydolunası bir tədbir olmalıdır. Digər tərəfdən bu yubileyin özü xalqımızın həyatında böyük rol oynaya biləcək bir hadisədir. Çünki biz mətbuatımızın bayrağını hər zaman uca tutmalıyıq. Həmçinin bani atalardan bizə qalan böyük bir miras var. Biz onu dəyərləndirməli, yaddan çıxarmalı deyilik. Təbii ki, dövlət başçısı bu məsələni qabardaraq məhz bu sərəncamı imzalayıb və bildirir ki, bu tədbir yüksək səviyyədə keçirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, biz mətbuatımızın tarixinin 150 illiyini qeyd etsək də, mətbuatımızın tarixi daha qədimdir: "Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini təsis etməsi mətbuatımızın reallığıdır, amma ona qədər mətbuatımız uğrunda mübarizə gedib.

Bizim digər mütəfəkkirlər, yazarlar, qələm ustadları da yazıb-yaradıblar və nəhayət Həsən bəy Zərdabi böyük bir düşərgənin arzusunu yerinə yetirib. Çar hökümətinin senzura şəraitində bu qəzetin göz açmasına bütün şəraiti formalaşdırıb. Bütün yazıb-yaradan klassiklərimizin qarşımıza qoyduqları vəzifə borclarını yerinə yetirməliyik. Həmin klassiklərimiz hər zaman çalışırdılar ki, azad söz həmişə cəmiyyətdə toxunulmaz olaraq qalsın. Çünki yalnız biz öz həyatımızı mətbuatımızın güzgüsündə görürük".

Eyni zamanda politoloq qeyd edir ki, bu prosesdə cəmiyyətimiz özüdə səfərbər olmalıdır: "Çünki bəzi hallarda mətbuatımızın ünvanına lazımsız sözlər, ifadələr işlədilir. Digər tərəfdən mətbuatımızı əsassız şəkildə tənqid edirlər. Bəzi hallarda mətbuata qulluq edənlərin də səhvləri olur, onların da yanlışlıqları yer alır, bu kimi səhvlərlə də barışmaq olmaz. Mətbuat prinsip etibarı ilə özünəməxsus cəmiyyətin süzgəcidir".

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
0
1
sia.az

2Mənbələr