"Fənərbağça"nın futbolçusu Serdar Azizin yayda klubla müqaviləsi başa çatır.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə yetirməsi olduğu "Bursaspor" maraqlanır. "Timsahlar" növbəti mövsüm yenidən Türkiyə 3-cü liqasında çıxış edəcək.

S. Aziz cari mövsüm "Fənərbağça"nın heyətində bir oyuna belə çıxmayıb.

O, daha öncə 2008-16-ci illər arasında "Bursaspor"da çıxış edib.