AZ

Sennanın dəbilqəsi 965 minə satıldı

“RM Sotheby's” şirkətinin təşkil etdiyi hərracda “Formula-1” üzrə dünya çempionatının üçqat qalibi Ayrton Sennanın dəbilqəsi rekord qiymətə satılıb.

"Football-plus.az" xəbər verir ki, naməlum müştəri braziliyalı pilotun dəbilqəsi üçün 965 min dollar ödəyib. Senna həmin dəbilqəni 1992-ci ildə keçirilən Belçika “Qran-pri”sində daşıyıb.

Əvvəlki rekord “Ferrari”nin indiki pilotu Şarl Leklerin dəbilqəsinin satışı zamanı müəyyənləşmişdi – 2023-cü ildə baş geyiminə 352 min dollar ödənilmişdi.

Bildiyiniz kimi, Senna 1994-cü ildə keçirilən San Marino “Qran-pri”sində faciəvi şəkildə həlak olub.

Seçilən
0
1
football-plus.az

2Mənbələr